Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Xaşimoto zobu (autoimmun tireoidit)

Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.
İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib.
Xaşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha tez-tez inkişaf edir.
Xaşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır.
İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir.
Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır.
Xaşimoto xəstəliyi olan insan daim endokrinoloqun nəzarətində olmalıdır. Xəstəyə hormonal müalicə təyin olunur (çatışmayan qalxanvari vəzi hormonları). Bu dərmanları xəstə həyatın sonuna kimi qəbul etməlidir.
Həkimlərin fikirinə görə, yod preparatlarının, müxtəlif bioloji-aktiv əlavələrinin (dəniz yosunları və s.) səbəbsiz olaraq qəbulu Xaşimoto xəstəliyinin əsas risk faktorudur. Yodun orqanizmə lazım olandan az miqdarlarda daxil olunması qalxanvari vəzinin funksiyasına mənfi təsir edir. Lakin yodun həddən artıq miqdarlarda daxil olması da çox ziyanlıdır və vəzin funksiyasını pozur.
Tərkibində yod olan preparatları və qida əlavələri ilə xüsusilə diqqətli olmaq lazımdır. Bu kimi preparatları yalnız həkim və yalnız müayinədən sonra təyin edə bilər. Bu preparatların özbaşına qəbulu insan orqanizminə ciddi ziyan vura bilər./Saglamolun/
696 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:47