Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Hüseyn Dehqan: S-300 zenit-raket qurğuları İrana veriləcək

İranın müdafiə naziri S-300 zenit raket qurğularının yenilənmiş nümunəsinin İran İslam Respublikasının ixtiyarına veriləcəyini bəyan edib.

General-mayor Hüseyn Dehqan 22 avqust, İranda "Müdafiə Sənayesi" günü münasibətilə və dövlət həftəsi ərəfəsində S-300 zenit raket qurğularının İrana təhvil verilməsi barədə deyib: “Rusiya rəsmiləri S-300 zenit-raket qurğularının təhvil verilməsi ilə bağlı İran ilə imzalanmış müqaviləyə sadiqdirlər".

General-mayor Hüseyn Dehqan əlavə edib: “İran və Rusiya arasındakı yeni əməkdaşlıq atmosferində S-300 zenit raket qurğularının İrana təhvil verilməsi müdafiə nazirliyinin gündəminə daxil edilib və ruslar elan ediblər ki, bu zenit raket qurğusunun texnologiyasına bir sıra dəyişikliklər etməklə onu daha da müasirləşdiriblər və bu raket qurğuları İrana təhvil veriləcək”.

Nazirin sözlərinə görə, S-300 zenit raket qurğusunun İrana təhvil verilməsi ilə bağlı yeni müqavilə hazırlanıb və cari həftə ərzində və ya gələn həftə bu müqavilə tərəflər arasında imzalanacaq, S-300 zenit raket qurğuları İrana təhvil veriləcək.
422 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 16:51