Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2015

Maradona allatdığı hakimə hədiyyə verdi - Foto

Dieqo Maradona 1986-cı il DÇ-da İngiltərə-Argentina oyununa hakimlik edən hakimi “əbədi dostu” adlandırıb.

Bu bazar Tunisə səfər edən Maradona 1986-cı ildə həmin məşhur oyunu idarə edən Əli Bennasirlə görüşüb. Maradona ona Argentina millisinin formasını bağışlayıb. Tunisli keçmiş hakim isə Maradonaya o oyundan çəkilmiş fotonu bağışlayıb.

Maradona ona bağışladığı hədiyyənin üzərinə “Mənim əbədi dostum Əliyə” imzası atıb.

Xatırladaq ki, 1986-cı ildə Meksikada keçirilən İngiltərə-Argentina görüşündə Maradona əl ilə qol vurmuşdu. Matçı 2:1 bitmişdi. Həmin il Argentina finalda Almaniyaya 3:2 qalib gələrək dünya çempionu olmuşdu.


587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...