Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

5 gün əvvəldən ermənilərə təslimə hazır olan rayonumuz (VİDEO)

22 il əvvəl Azərbaycanın daha bir rayonu Füzuli işğal edilib. Rayon müqavimətsiz Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Həmin tarixin növbəti ildönümünə beş gün qalır. Əslində, vəziyyətin bu cür nəticələnəcəyi, həmin vaxt Füzulidə olanlar, hadisələrin şahidi olan hər kəsə məlum idi. İşğal ərəfəsində Vahid Mustafayevin çəkdikləri buradakı mənzərəni tam açmağa imkan verir.

1993-cü ilin 18 avqustu, Füzulinin işğalından 5 gün əvvəl. İşğala hələ 5 gün qalsa da, rayon təslim olmağa hazır idi. Çünki hərbçilər rayonu özbaşına tərk etmiş, köməksiz əhali də qaçmağa məcbur olmuşdu.

Rayon üçün mübarizə aparmaq istəyinin olmaması nə qədər üzücu olsa da, ans-in çəkiliş qrupu zamanında bu fakta şahidlik etmişdi. Elə o zaman o da məlum olmuşdu ki, Füzulini tərk etmək istəməyən oğulların sayı barmaqla sayılacaq qədərdir.

İnamını itərən əhali, eləcə də işğal təhlükəsiylə üz-üzə qalan Füzulidə əsgərlər də döyüşmək istəmirdi. Səngərdən qaçır, istədiyini edirdi. 

Qaçan əsgərlərdən isə təsadüfən ələ keçəni olurdu. Onları məcburən vətəni qorumağa vadar etməkdə çıxış yolu deyildi.

Hətta o zamanlar qəzetlər Füzulidə milli ordunun sərxoş əsgərlərinin Yuxarı Yağlıvənd kəndinin əhalisinə avtomatlardan atəş açdığını da yazmışdılar.

Elə bütün bu səbəblər düz beş gündən sonra Füzulinin işğılanı qaçılmaz etdi.

1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı