Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Türk ordusu yenə də itki verdi

Türkiyənin Diyarbakır vilayətinin Lice rayonunda PKK ilə əsgərlər arasında silahlı qarşıdurma olub. Lice rayonunda dünən axşamdan etibarən fövqəladə vəziyyət elan edilib, insanlara küçəyə çıxmaq qadağan edilib. Əsgərlərlə PKK arasında silahlı qarşıdurma isə bu gün səhər baş verib. Nəticədə 4 əsgər yaralanıb. Yaralı əsgərlər helikopterlə Dicle Universiteti Xəstəxanası təcili tibbi yardım bölməsinə aparılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilmişdi. Həkimlər onların həyatını xilas edə bilməyiblər.

Türkiyədə gərginlik davam edir. Hər ötən gün ölüm xəbərləri artmaqdadır. Türkiyədə PKK silahlılarına qarşı keçirilən əməliyyatlar fonunda həftə boyu hadisələr səngiməyib. Türk polisi isə ölkənin dörd bir yanında törədilən terror aktlarını anti-terror əməliyyatları ilə susdurmağa çalışır./ans/
530 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber