Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Pakistan son 2 gün ərzində 81 talibançını öldürüb

Pakistan ordusunun mətbuat xidməti xəbər verir ki, ölkənin Vəziristan əyalətində keçirilən hərbi əməliyyatlar nəticəsində son 2 gün ərzində 81 Taliban üzvü öldürülüb. Əməliyyat bir intihar hücumunun qisasını almaq məqsədilə keçirilir. Məlumata görə, Vəziristan əyalətinin Əqanıstanla sərhəddində yerləşən Şaval vadisində 3 gün əvvəl törədilmiş bir terror aktı nəticəsində 17 nəfər həyatını itirmişdi. Terror qurbanları arasında Pəncab əyalətinin Daxili İşlər naziri Suja Xanzadə də var idi.

Bu hadisənin ardınca terrorçulara qarşı gücləndirilən hərbi əməliyyatlarda ilk gün 63 Taliban silahlısı zərərsizləşdirilmişdi. Dünən isə daha 18 talibançının öldürülməsi xəbəri gəldi.

Əməliyyatın keçirildiyi Şaval vadisi Pakistan talibanlarının məskunlaşdığı əsas bölgələrdəndir. Talibana qarşı mübarizə çərçivəsində son bir ildə vadidə 3000-dən artıq terrorçunun öldürüldüyü güman olunur. Bir illik döyüş statistikası ordunun itkisinin də az olmadığından xəbər verir. Məlumata görə, son bir il ərzində bu vadi 350-dən artıq ordu mənsubuna məzar olub.
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP