Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Lənkəranlılar Hadı Rəcəblinin əleyhinə imza toplamağa başladı

Sankt-Peterburqda yaşayan həmyerlilərimiz deputatla bağlı ilginc faktları prezidentə göndərməyə hazırlaşır

Sankt-Peterburq şəhərində yaşayan lənkəranlılar deputat Hadı Rəcəblinin əleyhinə yeni bir kampaniyaya start veriblər. Facebookda «Lənkəran 2015» səhifəsi yaratmış həmyerlilərimiz bununla bağlı açıqlama yayaraq bildiriblər ki, atdıqları addımlarından dolayı deputatın adamları onları mütəmadi olaraq təhqir və təhdid edirlər.

Həmyerlilərimiz yazırlar: «Bildiyiniz kimi bizim başı yalnız öz biznesinə qarışan deputatımız Hadı Rəcəbli bu il müəllimlərə fəhləlik etməyi məsləhət görmüşdü. Biz həmin məlumatı səhifəmizdə paylaşdıq. Səbəb isə Lənkəran səhifəsində lənkəranın deputatının ifadəsi idi. Bundan sonra Hadı Rəcəblinin "Palıdlı Sahil" və digər obyektində işləyən adamlar, eləcə də qohumlara bizə təhdid və təhqirlər etdilər. Səhifəmizi izləsəz görərsizki biz həmin adamların hamısının hadının adamları olduğunu sübt etmişik. Daha sonra bu təhqir və təhdidlər davam etdi və bugünə kimi də davam edir».

Rusiyada yaşayan lənkəranlılar Hadı Rəcəblinin əleyhinə kampaniya başladaraq, imza toplayırlar. Onların bildirdiyinə görə, deputatla bağlı bütün məlumatları topladıqdan sonra dövlət başçısına müraciət edərək, ona göndərməyi qərarlaşdırıblar./jam/
501 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38