Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Mosulun süqutunda 36-ya yaxın hərbi və siyasi nümayəndənin əli görünür!

Nur-az.com shia-news.com-a istinadən:
İraq parlamenti müdafiə-təhlükəsizlik komissiyasının sədri Hakim əl-Zamili deyib ki, artıq Mosulun süqutu ilə əlaqədar tədqiqat komitəsinin 120 səhifəlik aktı tam real faktlar üzrə və heç bir təzyiq olmadan rəsmi surətdə bizə təqdim edilib. Parlamentin spikeri Səlim əl-Cəburi də, bildirib ki, bu sənəd məclisin açıq iclasında müzakirəyə qoyulacaq və kimsə özünü qanundan üstün güman etməsin.
Komitənin verdiyi məlumata görə, akt milli məclisə təqdim olunmaqla bərabər cinayət işinin qaldırılması üçün sənədin protokolu ali məhkəməyə də, göndəriləcək. Əl-Zamilinin dediyinə görə, İraqın məzlum xalqı altı ay idi ki, səbirsizliklə bu haqda qəti məlumatın intizarını çəkirdi.
Hakim əl-Zamili onu da qeyd edib ki, süqutda ittihamlananların arasında 36-ya yaxın hərbi, siyasi və qeyri-siyasi nümayəndə və fərdlərin adları diqqəti cəlb edir. Mosulun taleyi ilə əlaqədar bu məsələ olduqca əhəmiyyətlidir və burada müsəlmanlar, məsihilər, ərəblər, kürdlər, türkmənlər və s. İŞİD tərəfindən tarixdə misli görünməyən olmazın müsibətlərə məruz qalıblar. İraqın qədim və tarixi əhəmiyyətli bu məntəqəsinin süqutu ölkənin ərazilərinin üçdə birinin təcavüzə məruz qalması ilə nəticələnib, bu diyar “Spiker” hərbi hava məktəbində törədilən cinayətlərin, yezidi kürdlərin kütləvi qətliamı və əsir düşməyinin, 3 milyona yaxın əhalinin köçkün və didərgin vəziyyətinə gəlməyinin, terrorist ünsürlərin ölkənin milli sərvəti sayılan neft quyularını mənimsəməyinin və minlərlə günahsız insanın qətl və edamının dünyanın gözü önündə şahidi olub.
Maraqlıdır, hakimiyyətə mənsub nümayəndələr palatası protokoldan Nuri Malikinin adı silinmədiyi təqdirdə təhdidlə istefa edəcəklərini bildiriblər və bunu milli məclisin sədrindən ciddi tələb ediblər.
525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı