Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Türkiyə qoşunları 35 əsgərini əldən verib!

Nur-az.com shia-news.com-a istinadən:
Türkiyə Kürd Fəhlə Partiyasının verdiyi məlumatda ötən bazar ertəsi günü PKK tərəfindən ölkənin cənub-şərqindəki Bədəlist vilayətinin kürdlər yaşayan Tatəvan məntəqəsində yerləşən dövlət qoşunlarının hərbi düşərgələrindən birinə qəfil hücumu nəticəsində 35 əsgərin öldüyü, bir çoxlarının yaralandığı və neçə hərbi texnikanın da, partladıldığı bildirilir. Hadisənin indiyə qədər bu yolda ölənlərinin xatirəsinin yadı və PKK-nın təsisinin 22-ci ildönümü münasibəti ilə həyata keçirildiyi deyilir. Bundan əvvəl də, hərbi düşərgələrin birində intihar əməliyyatı nəticəsində 50 əsgərin qurban getdiyi qeydə alınmışdı və bu hadisə də, Ərbilin şimalında əhalisi kürdlərdən ibarət “Zar Kuli” kəndinin bombardmanında qırılanların qanının intiqamı ilə əlaqədar törədilmişdi.
Cari ilin iyulundan başlayaraq Türkiyə qoşunları ölkənin daxili və İraq ərazilərində yerləşən PKK-nın mövqelərinə hava hücumları vasitəsilə ara-sıra ağır zərbələr endirir ki, bu əməliyyatlar iki il sürən fasilədən sonra yenidən start alıb.
İki il yarım bundan əvvəl Türkiyədə həbsdə olan PKK-nın başçısı Abdullah Öcalan tərəfindən 29 il silahlı mübarizədən sonra dövlətlə sülh müqaviləsi bağlandığı və beləliklə, Türkiyənin ərazilərindən qoşunlarının geri çəkilməyi barədə bəyanat verildiyinə baxmayaraq baş verən hadisələr vəziyyətin daha da, gərginliyindən xəbər verir.
İraq nazirlər kabineti də, ötən həftə Türkiyənin bu ölkənin ərazilərinə hava hücumlarını təcavüz adlandıraraq çox təhlükəli addım sanmış və Türkiyədən belə birtərəfli təhrikedici risklərdən çəkinməklə iki ölkə arasındakı sülh və qardaşlıq münasibətlərinə hörmət qoymasını istəmişdir.
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49