Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

“Azərbaycanda ömür sürmək fövqəladə şəraitdə yaşamaq deməkdir”

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev “Azərbaycanda yaşamaq kimlər üçün daha təhlükəli, daha risklidir” sualına maraqlı şərh verib:
“ Sualı " Azərbaycanda yaşamaq kimin üçün təhlükəli deyil?" formasında qoysaydınız, cavab vermək daha asan olardı. Sabitlik hökm sürməyən, yaxud nisbi sabitlik hökm sürən, qanunların ancaq kağız bəzəyi olduğu, hüquq-mühafizə sisteminin nizamnəmə ilə yox, tapşırıq və fərmayişlə işlədiyi, demokratik dəyərlərin acı ironiya ilə qarşılandığı bir ölkədə yaşamaq, fəaliyyət göstərmək həm siyasilər, həm jurnalistlər, həm də digər peşə sahibləri üçün təhlükəlidir. İnsan kapitalına sayğısızlıq nümayiş edilən, monopoliya və korrupsiya qanunları ilə idarə olunan məmləkətlərdə sadə vətəndaşların həyatı ən ucuz "dəyər", daha doğrusu, dəyərsiz və mənasız bir "zad" sayılır. Təəssüflər ki, bizdə də belədir. Və dəfələrlə insana münasibətdə əcaib-qəraib sayğısızlıqların şahidi olmuşuq.
Azərbaycanda ömür sürmək fövqəladə şəraitdə yaşamaq deməkdir. Deməli, bu ölkəni idarə edənlərdən savayı, idarə olunanların hər birisi potensial təhlükə altındadır. Hər şeyi görüb dərk edənlər, yəni özünü karlığa, korluğa və lallığa vurmayıb mövcud şəraitlə, rejimlə mübarizə aparanlar isə bu "təhlükə növbəsi"ndə birincidirlər”./moderator/
738 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı