Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

ABŞ-dan xəbərdarlıq: “İrana S-300-ləri verməyin”

Vaşinqton Rusiyanın İrana S-300-ləri verməsindən narahatdır.

Bunu jurnalistlər üçün təşkil edilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi söyləyib.

Onun sözlərinə görə, ABŞ artıq bu məsələ ilə bağlı mövqeyini bildirib:

“ABŞ Dövlət katibi Con Kerri artıq Vaşinqtonun narahatlığını Rusiya Xarici İşlər naziri Sergey Lavrova çatdırıb. Bizə bu müqavilə haqqında daha geniş məlumat lazımdır ki, onun Amerika sanksiyaları ilə zidd olub-olmadığını aydınlaşdıra bilək”.

Qeyd edək ki, dünən İran Müdafiə Nazirliyi S-300 zenit raket komplekslərinin gələn həftə Rusiyadan alına biləcəyi haqqında informasiya yaymışdı./axar/
562 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11