Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Yəmən şiələrinin Azərbaycan xalqının boynunda haqqı var

Bildiyiniz kimi Sovetlər İttifaqı zamanı vətənimiz Azərbaycanda Xomeyniçilər məskəni kimi tanınan Nardaran qəsəbəsinin tanınmış ağsaqqalı mərhum Hacı Əlikram Əliyev olub.
Hacı Əlikram Əliyev Azərbaycanda İslam hərəkatının ilk təsisçilərindən olub. Hal-hazırda gördüyümüz əksər İslamçı təşkilatlar və müqavimət hərəkatlarının binövrəsində Hacı Əlikramın böyük rolu olub. Hacı Əlikram Azərbaycanda İslam dirçəlişinə səbəb olan Xomeyniçi dəstənin yəmənli şiə tələbənin sayəsində yarandığını bəyan edir.

Azərbaycan Respublikasında islamçı hərəkatın banisi olan mərhum Hacı Əlikram Nardarani xatirələr kitabında bildirir:
1975-ci ildə məlumat aldıq ki, türkdilli və şiə məzhəbindən, Yəmən əhlindən olan Əhməd adlı tələbə Bakıda təhsil alır. Əhməd ziyarət məqsədi ilə Nardaranda Rəhimə Xanım ziyarətgahına gəlmişdir. Bir neçə nəfər yığışıb Rəhimə Xanım ziyarətgahına, onun görüşünə getdik. Orada birinci dəfə olaraq İmam Xomeyninin adını yəmənli tələbənin dilindən eşitdik. Biz İmam Xomeyninin mübarizəsi ilə tanış olduqdan sonar, kommunist quruluşu və Stalin diktaturasında şəhid edilmiş Bakı və Azərbaycan alimlərini də yada saldıq. İmam Xomeyninin adı o mücahid alimləri bizim fikrimizdə diriltdi.
2169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21
İşğ