Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

Ağdaş sakini özünü güllələyib

Ağdaş rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Hadisə bu gün rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci təvəllüdlü Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb.

Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili olaraq Ağdaş Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
527 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 13:46