Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Avqust 2015

«Günahkar Ərdoğanla Dəmirtaşdır»

Dünən Diyarbakırda ölən 24 yaşlı əsgər Mətin Aydəmirin atası Tahsin Aydəmir prezident Rəcəb Tayyib Ərdoğanla HDP sədri Səlahəddin Dəmirtaşı ittiham edib.

T.Aydəmir böyük bir ölkənin ermənilərin oyununa gəldiyini bildirib: «19 il əvvəl də bacımın oğlu öldü və 3 aylıq körpəsi qaldı. Ailəmizin ikinci itkisi Mətindir. İki ildir Diyarbakırda xidmətdə idi. Gecə xəbərlərə baxırdım, Diyarbakırda ölənlərin olduğunu dedilər. Bu məqamda qapı döyüldü. İki polis, arxalarında da əsgərlər var idi. Dərhal başa düşdüm və dünyam yıxıldı... Hər iki tərəf yazıqdır. Ölənlər bizim uşaqlarımızdır. Barış istəyirik. Hamımız din qardaşıyıq. İnşallah, vətənimiz heç vaxt bölünməz. Üç erməninin oyununa gəlməyəcəyik. Dağdakıların da (PKK-çılar-red:) atası-anası var. Ola bilər yoldan çıxarılıblar və ya zorla aparılıblar. Onların da ata-anaları yazıqdır. Bütün bunlara «dur» deyəcəyik. Səlahəddin Dəmirtaşa, Ərdoğana səslənirəm. Mənim oğlumun ölməsində bu iki nəfər məsuliyyət daşıyır. Bu alova su səpin, bir çözüm tapın! Başqalarının canı yanmasın. Başqa heç nə istəmirəm. Oğlum bu vətənin övladıdır. Amma bu qədər insanı onun dəfnində yox, toyunda görmək istəyirdim...».
554 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber