Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Suriyanın Xama əyalətində 300 terrorçu məhv edildi

Suriya ordusu Xama əyalətində keçirdiyi irimiqyaslı hərbi əməliyyat zamanı müxtəlif qruplaşmaların üzvü olan 300-dən çox terrorçunu məhv edib. Bu barədə “RİA Novosti”yə hərbi mənbə bildirib.

“Ordu Xama əyalətinin şimalında döyüşən qruplaşmaların 300-350-dək üzvünü məhv edib. İrimiqyaslı hərbi əməliyyat nəticəsində 16 yaşayış məntəqəsi azad olunub. Əməliyyatın aktiv mərhələsi davam etdirilir, terrorçular geri çəkilir”, deyə mənbə bildirib.

Xama əyalətində hərbi əməliyyat avqustun 16-da başlayıb. Suriya ordusunun qarşısında qruplaşmaların nəzarətində olan yaşayış məntəqələrinin azad olunması vəzifəsi qoyulub.
480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:14
07 d