Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Türkiyə lirəsinin məzənnəsi sürətlə aşağı düşür

Son günlər Türkiyənin milli valyutası - lirənin məzənnəsi sürətlə aşağı düşməkdədir.

Türkiyə Mərkəzi Bankının (TMB) məlumatına görə, avqustun 19-da ölkə ərazisində bir ABŞ dolları 2.9 Türkiyə lirəsinə dəyişdirilib. Qara bazarda isə bir dollar 2.95 lirə olub. Son bir həftədə dolların məzənnəsi təxminən 0.2 lirə (20 kruş) yüksəlib. TMB-dən bildirilir ki, Türkiyə lirəsinin məzənnəsindəki dəyişiklik beynəlxalq valyuta birjalarındakı qeyri-sabit vəziyyətlə bağlıdır.

Xatırladaq ki, cari ilin yanvarında bir ABŞ dollarının məzənnəsi təxminən 2.35 lirə olub.
470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP