Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Dövlət Baxçalı: “Ərdoğan terrorun dəyirmanına su tökür”

Dövlət Baxçalı Türkiyədəki ictimai-siyasi vəziyyətlə bağlı yazı qələmə alıb.

Millət vəkili həmin yazıda AKP hakimiyyətini bərk tənqid edib, aparılan siyasət nəticəsində Türkiyənin parçalanma təhlükəsi ilə üz-üzə qaldığını bildirib. Yazıda qeyd olunur: “Ərdoğanın tez-tez istiqamətini dəyişən təhlükəli oyunları, məkr və hilələri həddini aşmışdır. Türkiyə Ərdoğan və PKK-nın ikitərəfli atəşi altına qalmışdır. Ya bu mühasirə yarılacaq, ya da Türkiyəmiz paramparça olacaq "

Yazısında son zamanlar artan daxili gərginliyin Türkiyəni vətəndaş müharibəsinə sürüklədiyini vurğulayan Baxçalı bunun günahını Ərdoğanla Öcalanın əməkdaşlığında görür. Onun fikrincə, bu əməkdaşlığın nəticəsində Türkiyənin bir bölgəsi artıq idarəolunmaz hala gəlmişdir: “PKK faktiki öz hakimiyyətini qurduğu, psixoloji üstünlük təmin etdiyi bölgələri həm genişlədib, həm də dərinləşdirərkən, Ərdoğan və tərəfdarları iqtidar oyunlarıyla terrorun dəyirmanına su tökmüşlər”.

Bütün bu yaşananları nəzərə alan Dövlət Baxçalı indiki halda seçkilərə getməyi olduqca təhlükəli görüb və iqtidarı bəzi bölgələrdə fövqəladə hal elan etməyə çağırıb.
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı