Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

ABŞ Qırğızıstanı da itirdi

Bu gün Qırğızıstan hökuməti ilə ABŞ arasında hərbi əməkdaşlıq haqqında sazişin ləğv edilməsi ilə bağlı qərar qüvvəyə minir. Bu gündən etibarən Bişkek ABŞ ilə bütün istiqamətlərdə hərbi əməkdaşlığı dayandırır.

ABŞ-la hərbi əməkdaşlıq haqqında sazişin ləğv olunması ilə bağlı qərar Bişkek tərəfindən 21 iyulda qəbul olunub. Xatırladaq ki, Qırğızıstanda ABŞ-ın Manas hərbi bazası fəaliyyət göstərirdi. Bu baza da artıq amerikalılar tərəfindən boşaldılıb.

Ekeprtlər qeyd edirlər ki, Qırğızıstan Avrasiya İqtisadi İttifaqına qəbul oluduqdan sonra ABŞ-a qarşı sərt addımlar atılıb. Bişkek Vaşinqtonu ölkədə milli ədavətı qızışdırmaqda ittiham edib.

Vaşinqtonun Qırxızıstanda cinayətkar elan olunan hüquq-müdafiəçisi Əzimcan Əsgərovu müdafiə etməsi isə ikitərəfli münasibətləri daha da kəskinləşdirib. Dövlət Departamenti tərəfindən Əzimcan Əsgərova “İlin hüquq müdafiəçisi” mükafatı verilib.

Təhlilçilər qeyd edirlər ki, Bişkekin Vaşinqyondan üz çevirməsi Moskvanın uğuru sayıla bilər. Artıq Rusiya KİV-i Bişkekin Moskva ilə əməkdaşlığı daha da dərinləşdirəcəyini anons ediblər.
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya
22.02.17, 18:58
Əsgərimiz şəhid oldu