Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Kəmaləddin Heydərov Sevil Əliyevaya görə 50 min avro cərimələndi

Nazir Fransadakı şirkəti vasitəsilə prezidentin bacısına maddi kömək göstərirmiş

Fransanın Lion şəhər məhkəməsi Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovu 50 min avro cərimələyib. Bu barədə Fransanın “rue89lyon” saytı geniş həcmli məqalə hazırlayıb. “Azərbaycan oliqarxı Lion məhkəməsi qarşısında” başlıqlı məqalədə deyilir ki, Lion məhkəməsinin bu qərarını noyabrın 27-də Apelyasiya məhkəməsi də qüvvədə saxlayıb.
Məqalədən aydın olur ki, Kəmaləddin Heydərovla yanaşı, nazirlə bağlılığı olan fransalı iş adamı Pyer Arnal da cərimələnib. Məqalənin tərcüməsini təqdim edirik:

***

Dəbdəbəli maşınlar, 5 ulduzlu otel və San-Tropda villa: Fransadakı keçmiş Şərq bloku oliqarxiyasının adi həyat tərzi. Azərbaycan prezidentinin ailə üzvləri üçün bu cür həyat tərzi qanunsuz şəkildə maliyyələşdirilib. Azərbaycandakı rejimin önəmli təmsilçilərindən biri, fövqəladə hallar naziri, eləcə də Fransa reqbi Stadionunun hazırkı baş direktoru yol verdikləri yeyintiyə görə Lion hakimləri tərəfindən məhkəməyə cəlb olunub.
Ötən ay, yəni, noyabrın 27-si Apelyasiya məhkəməsi Lion islah məhkəməsinin qəbul etdiyi qərarı qüvvədə saxladı: Azərbaycanın ən nəhəng oliqarxlarından olanÿ Kəmaləddin Heydərov 50 min avro, iş adamı, 2011-ci ildən Fransa reqbi Stadionunun direktoruÿolan Pyer Arnal isə 20 min avro cərimələndi.
Cərimənin səbəbi isə “Sosial mülkün sui-istifadəsi” faktları idi. Məhkəmə belə nəticəyə gəlib ki, adları çəkilən hər iki şəxs 2001-2005-ci illər ərzində Azərbaycan prezidentinin bacısıÿ Sevil Əliyeva ÿvə onun uşaqlarının Fransada keçirdikləri özlərinə xas həyatın qanunsuz maliyyələşdirilməsi sisteminin mərkəzində duran, dolayısı ilə fəalları olan şəxslər olub. Xəzər dənizinin sahilində yerləşən və neft ehtiyatlarına malik bir ölkənin prezidentinin qohumlarına xidmət göstərməklə onlar müəyyən mənada özlərinə qarantiya yaradıblar.

Bu iki oliqarxın müdhiş xərclərilə məhkəmənin onlara kəsdiyi cərimə müqayisə olunsa, cərimənin məbləği gülünc görünər.

Pyer Arnal Sevil Əliyevanın Fransadakı işlərinin idarə edilməsinə görə məsuliyyət daşıyırdı. Lakin 2001-2005-ci illər ərzində şirkət kimi fəaliyyət göstərən və Pyer Arnalın menecer olduğu “Eternal Luxury” şirkəti 100 min avro dəyərində hesabın yalnız bir hissəsini ödəyirdi.
Şirkət xərclərin sərf olunduğu sahələrə əhəmiyyət verməzdi:
- 16-cı dairədəki mənzilin bəzədilməsi üçün 83 min 720 avroluq memarlıq xərcləri;
- 118 min 500 avroluq “BMW” avtomobili;
- “Plaza Aten”in 1 milyon 850 min avroluq hesabının bir hissəsinin təşkil etdiyi 5 rəqəmli otel fakturası;
- San-Tropedə dəyəri 2 milyon 423 min 923 avro olan villanın alınması üçün prezidentin bacısına edilən 15 min 500 avro məbləğində kömək.
“Eternal Luxury” həmçinin nazirə (Kəmaləddin Heydərova - red.) məxsus oteldəki 600 min avroluq işlərin bir hissəsini 37 min 353 avro müqabilində həyata keçirib.

Plaza Aten

Bundan başqa, Vergilər Nazirliyinə bəyan edilmədən və əsaslandırılmadan Pyer Arnalın bank hesabına təxminən 100 min avro pul köçürülüb.
“Eternal Luxury”inin bəzi işçiləri qeyri-rəsmi olaraq, Sevil Əliyeva və uşaqlarına xidmət göstərmək üçün ayrılıb. Bu fakt məhkəmədə “saxta vəzifələr” kimi qiymətləndirilib.
Bu xərcləmələr şirkət tərəfindən tənzimlənir və birmənalı şəkildə şirkətin maraqları xaricində həyata keçirilirdi. 2001-ci ildə yaranan şirkət əsas fəaliyyət növü olaraq, “kürü, hisə verilmiş balıq kimi zəngin ərzaq məhsullarının kütləvi ticarətini” bəyan etmişdi. Lakin şirkətin məhkəmədə dindirilən işçiləri deyiblər ki, belə bir fəaliyyəti əsas məşğuliyyətləri hesab etmirlər. Işə cəlb edilən tacirlərdən biri belə bir faktı dilə gətirib ki, 2002-ci ilin sonunda - 1 ildən bir qədər az müddətdə “Eternal Luxury” cəmi 2 kürü sifarişi həyata keçirib.
Pyer Arnalÿ "rue89Lyon"a müsahibəsində deyib: “Eternal Luxury”də işlərin durğunlaşdığı bir zamanda, cənab Heydərov mənə xanım Əliyevaya xidmət göstərməyi məsləhət bildi. Onun özünü isə mən hələ 90-cı illərdən tanıyırdım. Həmin dövrdə Azərbaycana özəlləşdirmə məsələlərində məsləhət vermişdim".
Məhkəmə istintaqı zamanı bəlli olub ki, Pyer Arnal Kəmaləddin Heydərova öz aralarındakı telefon danışıqlarında “şef” deyə müraciət edirmiş. Arnal özü də məhkəmədə Heydərovun “Eternal Luxury” faktiki meneceri olduğunu bildirib.

“Mən onun göstərişlərinə tabe olmaqdan başqa bir şey etməmişəm. Hətta ”Eternal Luxury"nin xanım Əliyevanın şəxsi xərcləri üçün etdiyi ödənişləri belə Kəmaləddin Heydərovun tələbi əsasında həyata keçirmişəm", - deyə Arnal məhkəmədə bildirib.
Amma Heydərovun vəkili məhkəmədə Pyer Arnalı günahlandırıb. Deyib ki, Arnal özbaşına şirkət hesabına müəyyən ödənişlər edib.
Lakin məhkəmə vəkilin çıxışını inandırıcı hesab etməyərək, həm naziri, həm də fransalı iş adamını təqsirli bilib.
Bu işdə şirkətin maliyyə mənbələri də araşdırma predmeti olub. 2005-ci ilin fevralında Clermont-Ferrand cinayət məhkəməsi Maliyyə Nazirliyinin çirkli pulların yuyulması üzrə şöbəsindən “Eternal Luxury” şirkətinin şəhər banklarının birində daim böyük maliyyə əməliyyatları həyata keçirdiyi haqda xəbərdarlıq alıb. Məhkəmə pulun məbləği, mənbəyi və xərc ünvanlarının şübhəli olduğu qənaətinə gəlib.
“Eternal Luxury” yeganə səhmdarı Kəmaləddin Heydərov olan “Eternal Commercio” şirkəti tərəfindən yaradılıb. Bu şirkət “vergi cənnəti” kimi tanınan Maderdə qeydiyyatdan keçib. “Eternal Commercio”nun özü isə digər “vergi cənnəti” olan Gernsidə qeydiyyatdan keçmiş iki şirkət tərəfindən yaradılıb.
Mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçaqmalçılıq, çirkli pulların yuyulması ittihamları üzrə Lion inter-regional məhkəməsində (CIRS) istintaqdan əvvəl işi prokurorluq araşdırıb.

Müdafiə tərəfinə inansaq, Kəmaləddin Heydərov şəxsiyyətdir. “Le Monde” isə yazır ki, Heydərov meyvə şirələrindən tutmuş, daşınmaz əmlaka qədər biznes sahəsi olan böyük imperiyaya rəhbərlik edir. O, eyni zamanda, bəstəkardır və Azərbaycandakı rejimin əsas fiqurlarından biridir. Pis reputasiyası var.
2006-cı ildə fövqəladə hallar naziri təyin olunana qədər isə ABŞ diplomatlarının “WikiLeaks”də açıqlanan yazışmalarında göstərildiyi kimi, “hətta Azərbaycan standartlarına görə də ciddi zədələnmiş gömrük sisteminə” rəhbərlik edib.
Apelyasiya məhkəməsi zamanı Kəmaləddin Heydərovun iki vəkilindən biri olan Petr Benoliel ona belə bəraət qazandırıb: “Kəmaləddin Heydərov keçmiş SSRI-dən çıxmış oliqarxdır. 1995-ci ildən siyasətə gəlib. Onun mənəvi zənginliyi olmaya bilər, lakin bu, cinayət deyil. Biz onu mühakimə etməməliyik”.
Işə yaxın mənbə isə deyir: “Bu işin fonunda biz keçmiş Şərq blokundan çıxmış, qəfil varlanan personajları görürük. Onlar böyük sərvətə və hakimiyyətə sahibdir. Onları indi Parisdə bir vaxtlar bəzi Afrika liderləri kimi, şəxsi limuzinlərində görürük”.
Apelyasiya məhkəməsində Heydərovun vəkili Benoliel bildirib ki, bu iş Azərbaycan-Fransa münasibətlərini korlaya bilər: “Azərbaycan neft və qaz ehtiyatlarına malikdir. Ölkədə cüt rəqəmli iqtisadi inkişaf gedir. Bu əhalisinin müsəlman olduğu dünyəvi dövlətdir. Fransa onunla yaxşı münasibətlər saxlamaq niyyətindədir. Qərarınızda bu münasibətləri nəzərə almalısınız”./azadlıq/

1958 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11