Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Kasıblıq dövrü başlandı?

Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayandan bəri əhalinin alıcılıq qabiliyyəti düşməyə başlayıb.

Əhalinin bu davranışı özünü bir neçə göstərici üzrə büruzə verir.

Məsələn, daşınmaz əmlak bazarında satış əhəmiyyətli dərəcədə zəifləyib.

Daşınmaz əmlak bazarı 40 faiz azalıb

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev AzadlıqRadiosuna deyib ki, daşınmaz əmlak bazarında satış 40 faizə qədər azalıb, alıcıların sayı 2 dəfəyədək azalıb:

“Əməliyyatların real sayı da kəskin azalıb. Bazarda elə həftələr olub ki, əməliyyatların sayı normadan dəfələrlə aşağı düşüb”.

İqtisadçı Samir Əliyev deyir ki, bu, əhalinin alıcılıq qabiliyyətinin düşməsi ilə bağlıdır.

PROBLEMLI KREDITLƏR 30 FAİZ ARTIB

Başqa bir göstərici banklarda problemli kreditlərin həcmin artmasıdır: “Əhali kreditləri ödəyə bilmir, çünki pul gəlirləri azalıb”, deyə Samir Əliyev bildirr.

İlin əvvəlindən qaytarıla bilməyən kreditlərin həcmi 30 faizə qədər artıb, 307 milyon təşkil edib.

MAŞIN İDXALI 2 DƏFƏ AZALIB

İqtisadçı Qubad İbadoğlu öz Facebook statusunda yazır ki, Azərbaycanın təbii qaz, xam neft və neft məhsulları ixracatı ötən ilə nisbətən 47,3 faiz və ya 5 milyard 813 milyon dollar azalıb

Ölkəyə gətirilən minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə azalaraq 17 345 ədəd təşkil edib.

“Göründüyü kimi, hər birimizə yaxşı məlum olan hər iki məhsulun idxal və ixracatında ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək azalma qeydə alınıb. Bu tendensiya onu təsdiq edir ki, ölkədə iqtisadi və sosial durum pisləşib. Bir tərəfdə neft-qaz qiymətlərinin ucuzlaşmasına görə ölkənin itirdiklərini digər maliyyə qaynaqları ilə əvəz edə bilməyən dövlət kasıblaşır, digər tərəfdə isə qazandığını daha çox yeyinti və əczaçılıq məhsullarına xərcləyən əhali müflisləşir”.

TURİZM ZƏİFLƏYİR

İqtisadçı Samir Əliyev bildirir ki, müşahidələr turizmə xərclərin də azaldığını göstərir: “Ötən illər istirahətə gedənlər indi xərclərə qənaət edirlər”.

Bitərəf deputat Vahid Əhmədov deyir ki, Azərbaycanda iqtisadiyyatın pisləşməsi dünyada gedən proseslərlə bağlıdır: “Dünyada neftin qiyməti ucuzlaşır və bu da neft ölkəsi kimi Azərbaycana təsir edir. Amma hökumət qeyri-neft sektorunu hər il 10-12 faiz artırır və vəziyyəti yaxşılaşdırmaq üçün tədbirləri gücləndirməlidir”.

PROQNOZ NƏDİR?

İqtisadçılar hesab edir ki, gələcəkdə əhalinin alıcılıq qabiliyyətinin necə dəyişməsi neftin dünya bazarında qiyməti və Azərbaycan hökumətinin görəcəyi tədbirlərdən asılıdır./azadliq.org/
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06