Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

"İŞİD-çilər ABŞ bazalarında təlim alıblar

Ali Dini Liderin silahlı qüvvələr üzrə müşaviri general Yəhya Rəhim Səfəvi İŞİD ilə ABŞ əlaqələri haqda maraqlı açıqlama verib. O, Livanın "Əl-Əhd" portalına açıqlamasında deyib: "Amerika Əfqanıstandakı məğlubiyyətindən və İraqı işğal etməsindən sonra İŞİD adlı qruplaşmanı yaratdı. Bizim əlimizdə kifayət qədər tutarlı dəlillər var ki, İŞİD terror qruplaşmasının lideri Əbu-Bəkr Əl-Bəğdadi indinin özündə ABŞ bazalarına gedərək, təlim alır." General Səfəvi İŞİD-in birbaşa olaraq ABŞ tərəfindən dəstəkləndiyinə işarə edərək, vurğulayıb: "İŞİD və Əl-Nusra terror qruplaşmalarının törətdiyi cinayətlərə nəzər salsaq görərik ki, eynilə işğalçı İsrail rejiminin əməllərinə bənzəyir. Hazırda Livan müqavimət hərəkatı regionda önəmli güc mərkəzinə çevrilərək, ərəblərin vaxtilə İsraillə döyüşdə əldə edə bilmədiyi uğurları əldə ediblər. İran və Livan müqəvimət hərəkatı Suriyanı dəstəkləməklə ABŞ və İsrailin planlarını alt-üst ediblər."/faktxeber/
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber