Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

AİP-in Astara rayon komitəsinin sədri azadlıqda

Azərbaycan İslam Partiyasının Astara rayon komitəsinin sədri Famil Şükürov bu gün azadlılğa buraxılıb.

Famil Şükürov 2013-cü ilin fevral ayının 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra saxlanılıb. Daha sonra partiya funksioneri barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib. İstintaqı Daxili İşlər Nazirliyi aparıb. Famil Şükürov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə F. Şükürov və onunla birgə həbs edilən daha iki nəfər 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi./Islaminsesi.az/
611 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber