Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Azərbaycanda həcc səfəri baha olduğu üçün gedən azalıb

Həcc ziyarətinə səfərin başlamasına 20 gün qalmasına baxmayaraq, Azərbaycan zəvvarları üçün ayrılmış həcc kvotası bu günə kimi də dolmayıb. Keçən ilki kvota ilə müqayisədə 40 faiz azalma olmasına bu ilki kvotanın cəmi 2400-ə düşməsinə baxmayaraq, azərbaycanlılar bu il nədənsə həccə getmək istəmirlər. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, həcc kvotalarının dolmasında bu cür çətinlik yaranıb.

Məsələ ilə bağlı ans-in suallarına cavab verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşları məsələni havaların isti keçməsi ilə bağlayırlar. “Ola bilər ki, adamlar istirahətdədir. Yəni əhali istirahətdən dönəndən sonra kvota dola bilər. Kvotaların dolmaması havaların isti keçməsi ilə də bağlı ola bilər. Bizim borcumuzdur ki, kvota dolana qədər bu barədə elan verək. İnşallah, yaxın günlərdə kvota dolar”,- deyə İdarədən bildiriblər.

Amma araşdırmamıza görə, həcc kvotasının dolmasında bu il yaranmış problem təkcə havaların isti keçməsi ilə bağlı deyil. Məsələ bundadır ki, bu il həccə səfər dindlarlar üçün daha baha başa gəlir. Əgər keçən il Azərbaycanda ən ucuz variant üzrə həccə səfər xərcləri 3250 manata başa gəlirdisə, bu il həmin variant üzrə 4700 dollara (təxminən 5000 manata) qalxıb. Göründüyü kimi, qiymətlər təxminən 1800 manat bahalaşıb və ölkədəki orta əmək haqqı göstəricisinin 11 mislinə qədər yüksəlib. Statistikaya görə, 2015-ci ilin birinci yarısı üzrə Azərbaycanda muzdla işləyənlərin orta aylıq maaşı 457,2 manat təşkil edir.
604 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı