Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Rusiyadan Koreya yarımadasına: “Xətti keçməyin”

Cənubi və Şimali Koreya arasında təzyiqin yüksəlməsi Rusiyanı hərəkətə gətirib.

Rusiya Xarici İşlər Nazirliyində bir mənbə TASS-a açıqlamasında Kremlin hadisələrdən bərk narahat olduğunu deyib:

“Moskva Cənubi Koreya ilə Şimali Koreya sərhədində yaşanan gərginliyin gedişindən narahatdır. Ümid edirik ki, tərəflər təhlükəsizlik xəttini aşmayacaq”.

Nazirlik rəsmisi Koreya yarımadasındakı böhranın həlli üçün Rusiya, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Şimali Koreyanın iştirakı ilə təşkil edilən Altılıq danışıqlarının yenidən başladılmasının vacib olduğunu bildirib.

Xatırladaq ki, bu gün Cənubi Koreya hərbçilərinin Koreya Xalq Demokratik Respublikası tərəfindən açılan atəşə artilleriya ilə cavab verdiyi barədə “Renxap” agentliyi məlumat yayıb./axar/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber