Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2015

Cəlilabadda qədim qəbiristanlıq aşkarlanıb - Foto

Cəlilabadda yol yatağı üçün torpaq daşınan ərazidə qədim dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkar olunub. Rayonun Sərhədabad kəndindəki nar bağı təpəsində aşkarlanmış bu nümunələr əsasən qəbir abidələrindən ibarətdir. Ərazidə çoxlu qəbirlərin olması bu yerlərin vaxtilə qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Burdakı məzarlar tarixdə Möhrə qəbir abidələri kimi tanınır. Belə ki, antik inanclara görə, gəbir ərazisinin paklaşdırılması üçün burada xüsusi ayinlər, o cümlədən vəfat etmiş insanların dəfndən öncə yandırılması adətini özündə əks etdirən mərasimlər icra olunubmuş.

Cəlilabadlı tarixçi-tədqiqatçı Rza Rzayevin qənaətincə, sözü gedən ərazidə üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin son Tunc dövrünə aid olduğu ehtimal edilə bilər.

Qeyd edək ki, Cəlilabadda indiyə kimi tarixçilərə yalnız bir Möhrə qəbir abidəsi məlum idi. Hazırkı tapıntı isə Möhrə qəbirlərin kütləvi halda aşkar olunduğu ilk belə tarixi məkan hesab olunur.

Hazırda ərazidə qazıntı işləri dayandırılıb və burada geniş tədqiqat işlərinin aparılması üçün müvafiq təşkilatlara məlumat verilib. Mütəxəssislərin fikrincə, nadir tapıntılardan olan Möhrə qəbir məzarlığının öyrənilməsi antik tariximizlə bağlı son dərəcə maraqlı məlumatları üzə çıxara bilər./apa/









935 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı