Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Jurnalist Nicat Əliyevin və dindarların məhkəməsi keçirilib

Qorxmaz Camalov, Elmxan Hüseynov, Emin Tofiqli, Səfər Məmmədov, Valeh Abdullayev və Əli Əliyev son sözləri ilə çıxış ediblər

İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, keçən gün saat 16:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər təqsirləndirilən şəxslər Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqli Emin, Məmmədov Səfər, Əliyev Əlinin növbəti məhkəmə iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxslər Qorxmaz Camalov, Elmxan Hüseynov, Emin Tofiqli, Səfər Məmmədov, Valeh Abdullayev və Əli Əliyev son sözləri ilə çıxış ediblər.

İlk olaraq Camalov Qorxmaz çıxış edib: “Bismillahir Rəhmanir Rəhim. İlk olaraq hər birinizi salamlayıram, vəkilim Vidadi müəllimə təşəkkür edirəm ki, müdafiəmin təşkilini yüksək səviyyədə etdi. Mən Azərbaycan xalqını qeyrətli, vətənpərvər, milli, mənəvi, dini dəyərlərə bağlı cəmiyyət kimi tanıyıram. Özümüdə belə bir insan kimi bildiyimdən, “Avrovizia”ərəfəsində keçiriləcək geyparada, üzdən iraqların paradına etiraz etməyi özümə borc bildim. Əlimə bunlara qarşı disk keçdikdən sonra paylanılmasını özümə ilahi vəzifə bildim.

Azərbaycan xalqı 20 Yanvarda vətənin üçün canından keçib. Bu gey paradı xalqımıza yarasdıra bilməzdim və etirazımı etdim. Peşmanda deyiləm.”

Daha sonra son sözlə Hüseynov Elimxan çıxış edib. O, hamını salamladıqdan sonra belə danışdı: “Bu ədalətsiz məhkəmə nəhayət ki, sona çatır. Mən bəzi məqamlara toxunmaq istəyirəm. Respublika qəzetində “Milli təhlükəsizlik yüksək səviyyədə qorunur” adlı yazını oxumuşdum. Həmin məqalədə biz milli irqi ayrıseçkilik salanların zərərsizləşdirildiyi, hətta həbs edilənlər Norveçdəki terrorçularla bir tutulur. Mən çox fikirləşdim ki, geyparada etiraz disklərini paylayan mənlə norveçli terrorçunun hansı oxşarlığı var. O, terrorçudur bizdən isə heçkimə zərər gəlməz. Sonra baxdım ki, bu məqaləni yazan Ramiz Mehdiyevdir. Hz Əli (ə) müşriklərlə döyüşdən sonra deyir ki, mən bu fitnənin gözünü çıxartdım. Mən fəxr edirəm ki, müsəlmanam, Əli şiəsiyəm. Bunu deməklə fitnənin gözünü çıxartdım. Adım Əlimxandı. Qiyamət günü indi necəyəmsə elə gələcəm, Bəs siz olduğunuz kimi gələ biləcəksinizmi? Öz əqidənizlə gələ biləcəksinizmi? Bizə cürbəcür adlar qoydular. Dindara narkoman dedilər.

(Üzünü hakimə tutaraq) Mən bu gün sizi, bu günə qədər etdiklərinizə görə, çıxaracağınız hökmə görə bağışlayıram. Bu mənim böyüklüyimdür, sizin isə kiçikliyinizdir. Rahat gedib deyə bilərsininzki, təqsirləndirilənlərdən biri bizi bağışladı. Azərbaycanda 17 zon var. Əqidəmizi hər yerdə yaymalıyıq. Mən Hüseynçiyəm. Bağışlamağımla çatdırmaq istəyirəm ki, bizdən heç kimə zülm gəlməz. Heç kimin haqqını tapdamarıq. Hətta zülm edəni də bağışlaya bilirik. İslam partiyasının sədri Hacı Mövsüm haqda nəyinki dindarlardan hətta kriminal aləmin insanlarındanda eşidirik ki, o insandır yoxsa mələkdir. Səccadəsində yatır. İnsanları haqqa, namaza çağırır. Onun kimi imanlı insan tanımıram. O bir nurdur, biz də o nurun zərrələriyik.

Mən sizi bağışladım, bəs bu qədər insanın naləsindən necə çıxacaqsınız? Bircə Rüqəyyələrin qulaqlarına əl atılmamağı qalıb. Allah Quranda buyurur ki, Allahın hökmü ilə hökm etməyənlər kafirdilər, müşrikdilər, zalımdılar. Deyirlər siz seyidsiniz, namazda qılırsınız, qurbanda kəsirsiniz. Tarixdə Harun ər-Rəşiddə var idi. O bu işləri görürürdü, lakin ədalətli olmadı, zalım oldu. Etdikləri puça getdi. İndi seçim sizindir, ya Allahın rəhməti ya da lənəti.

Sifarişli həbslər olduğu kimi, sifarişli qətllərdə tarixdə olub. Azərbaycanda Vaqif Abdullayev, Asim Məmmədov olub. Tutaq ki, bunların ölümü sifarişli ölüm deyildi. Bəs Naxçıvan MTN-də Turacın öldürülməsi barədə sənədlər var. Buna nə deycəklər.

Hürr Kərbəlaya gələndə deyirdi ki, özümü cənnətlə cəhənnəmin arasında görürəm. O, imama beyətdən sonra bu halın özündən çəkildiyini bildirir. Yenə deyirəm seçim sizindir ya Allahın rəhməti, ya da lənəti.

Hz Əli (ə) deyir ki, axirət üçün çalışın. Dünyada olanlar dünyada qalacaq. Sizin vəzifənizdə, məqamınızda dünyada qalacaq. Mən bunları deməli idim, hədisdə deyir ki, haqdan danışmayan haqsızlıqla barışmışdır. Bu belə olmayacaq həmişə, Çünki Allahın ədaləti var.

Keçən məhkəmələrdə prokror Qurandan tolerantlıq barədə ayə oxumuşdu. Cənab prokror siz Quranı təhrif etmisiniz. Quranda belə bir ayəyə rast gəlmədim.

Bir ayədə deyirki, Kafirlə mömin eyni ola bilərmi?

Əlbəttəki xeyr. Mən istəmirəm Aygün Kazımova bacım və ya Samir Bağırov qardaşım olsun. Mənə bu tolerantlıq lazım deyil. Mənə Mübariz İbrahimov, Hacı Abgül kimi qeyrətli, mərd qardaşlar lazımdır.

Bu dediklərimdə yəqinəm. Gəlməmişdən əvvəl çox məqamlar haqda danışmağı düşünmüşdüm. Unutmuşam yəqin məsləhət deyildi. Gəlməmişdən əvvəl Ağam İmam Zamana təvəssül etmişdim.”

Emin Tofiqliyə son söz üçün vaxt verildikdə o, çıxışını yazılı formada hakimə təqdim etdi.

Sonra isə Məmmədov Səfər qısa şəkildə son çıxışını etdi: “Məhərrəm matəm ayı münasibətilə İmam Zaman başda olmaqla hər kəsə, dırnaqarası cinayətkar qardaşlarıma baş sağlığı verirəm. Cinayətkar o adama deyirlər ki, O, ictimai və ya fərdi olaraq fəsad törədə. Cinayətkarlar digər zalda məhkəməsi olmuş 2 vəhhabidir. Hansı ki silah sursatları üzə çıxmışdı. Biz cinayətkar deyilik. Əlinin Zəhranın balalarıyıq. Özümə və qardaşlarıma bəraət istəyirəm.

Daha sonra Valeh Abdullayev və Əli Əliyevdə qısa çıxış edərək, günahsız olduqlarını bildirdilər və bəraət istədilər.

Çıxışlar yekunlaşdıqdan sonra Hakim Zeynal Ağayev məhkəmənin müşavirəyə getdiyini və növbəti məhkəmədə hökm oxunacağını bildiridi.

O, növbəti məhkəmə iclasını dekabr ayının 9-u saat 10:00-a təyin etdi.
1831 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25