Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2015

Kılıçdaroğlu Ərdoğanı yıxıb sürüdü

«Oğlanlarını əsgər göndərmir, kasıbın uşağını güllə qabağına verir»

Yeni hökuməti qurmaq vəzifəsini CHP-yə verməyərək iki aylıq seçim hökumətinə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm bu addımına, həm də ölkədə hər gün artan şəhid sayına görə müxalifətin sərt tənqidlərinə tuş gəlir.

CHP başqanı Kamal Kılıçdaroğlu Ərdoğanı ölkədə terroru başlatmaqda, qanla bəslənməkdə ittiham edib. O, Ərdoğanın oğlanlarının hərbi xidmət çəkmədiyini, kasıbların uşaqlarını güllə qabağına verdiyini bildirib: «Oğlanlarından biri «yararsız» adı altında hərbi xidmətə getməyib, o biri «bədəlli» əsgərlikdən yararlanıb. Öz uşaqlarını əsgərlikdən qaçırdırsan, kasıbın uşağı şəhid olanda da «nə mətlu o ailələrə» deyirsən. Yaxşı, o xoşbəxtliyi sən niyə axtarmırsan? Ədəbiyyatdan danışıb bu millətin kürəyinə çıxmısan. Elə bilirsən ki, həmişə belə davam edəcək?! Bu millət ayılıb artıq. Qaçaq sarayı özünə məskən edib. Nə vətən sevgisi var, nə millət. Sadəcə dilindədir. Qəlbində yoxdur. Həmişə özünün və ailəsinin mənfəətini düşünüb. Öz mənfəəti üçün fəda etməyəcəyi şey yoxdur».
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP