Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2015

Türk ordusu yenə itki verdi - 2 ölü, 7 yaralı

Türkiyədə PKK terror aktları törətməyə davam edir. DHA-nın məlumatına görə, PKK-çılar Bitlis şəhərinin Güroymak qəsəbəsində polislərdən qaçan zamanı qəsəbədə yerləşən çayxanaya hücum ediblər. Silahlı hücum nəticəsində çayxanada olan 2 nəfər öldürülüb, 6 nəfər isə yaralanıb.
PKK-çılar Diyarbəkir şəhərinin Özəkli qəsəbəsində yerləşən hərbi hissəyə silahlı hücum edib. Uzun tipli silahlara hücum zamanı bir əsgər ağır yaralanıb. Yaralı Diyarbəkir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, PKK-çılar avqustun 12-də də Özəkli qəsəbəsində yerləşən hissəyə hücum etmişdi. Hücum zamanı baş çavuş Fatih Göksən ölmüşdü, 3 əsgər isə yaralanmışdı
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...