Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Mərakeşli silahlı Fransada sərnişin qatarına hücum edib

Naməlum silahlı şəxs Amsterdam-Paris sərnişin qatarına hücum edib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumata görə, silahlının atəş açması nəticəsində 3 nəfər yaralanıb. Cinayətkarın artıq saxlanıldığı bildirir.

“TASS”-ın məlumatına əsasən, qatarda atəş açan Mərakeş əsilli 26 yaşlı şəxs. İlkin məlumata görə, hücum zamanı o avtomat və bıçaqla silahlanıb.

Yaralananlar arasında “Leon” və “Klan Saprano” filmlərində çəkilmiş tanınmış aktyor Jan Yuq Anqkand var. İnsident zamanı həmçinin amerikalı və britaniyalı 2 keçmiş hərbçi də yaralanıb. Məlumata görə, məhz onlar vaxtında reaksiya verərək silahlı şəxsi zərərsizləşdirə bilib./apa/
597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi