Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

ABŞ bütün dünya telefonlarını dinlədiyini təsdiq edir

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi bütün dünya üzrə mobil telefonlardan edilən zənglər haqqında məlumat topladığını təsdiq edir, lakin bu halda heç bir qanun pozuntusuna yol vermədiyini bildirir.

Agentliyin rəsmi nümayəndəsi xanım Vens Vayns bəyan edib ki, belə fəaliyyət Prezidentin xarici kəşfiyyatla mübarizə haqqında 12333 nömrəli fərmanına uyğun olaraq həyata keçirilir.

V.Vayns ABŞ-ın xüsusi xidmət orqanlarının terrorçu və casuslarla mübarizə məqsədilə bu cür fəaliyyətlə məşğul olduğunu inkar etməyib, lakin bu işin xaricdə görüldüyünü qeyd edib./Trend/
1626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27