Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Rusiya vətəndaşı olmaq asanlaşa bilər

Son zamanlar miqrantlara qarşı qanunlarını sərtləşdirən Rusiya bu dəfə ölkədə daimi yaşamaq istəyən əcnəbilər üçün sadələşdirilmiş qeydiyyat sistemini tətbiq etməyə hazırlaşır.

Federal Miqrasiya Komitəsi tərəfindən müzakirəyə çıxarılan yeni qanun layihəsi qəbul edilərsə, bu ölkədə yaşayan həmyerlilərimiz də daxil olmaqla bir çox insana asanlıqla Rusiya vətəndaşlığı alma imkanı verəcək.

Xarici ölkə vətəndaşlarının qısa və uzun müddətli yaşayış icazəsi almasını yeni kriteriyalara bağlayan qanun layihəsi Federal Miqrasiya Xidməti tərəfindən ictimaiyyətə açıqlandı.

Yeni layihə qəbul edilərsə, Rusiyada daimi yaşayış icazəsi almaq istəyənlər 100 xallı dəyərləndirmə sistemindən ən az 65 xal toplamaq məcburiyətindədir.

Vətəndaşlıq alma imkanı isə daha çox 21ilə 45 yaş arasında olan yüksək təhsilli, rus dilini mükəmməl bilən, Rusiyada iş təcrübəsinə malik və bu ölkədə yaxın qohumu yaşayanlara veriləcək.

Ekspertlər bu layihənin Rusiyaya daha keyfiyyətli əmək miqrantları cəlb edəcəyinə inanır.

“İndiki qanunlarımız miqrantların dil, təhsil və burda qohumlarının olub olmadığını nəzərə almır. Bəs bu insanların durumu necə olacaq? Bu suala cavab verən yoxdu. Yeni layihə ilə bütün bu boşluqlar doldurulacaq. Bizim başlıca məqsədimiz ölkəmizə daha çox savadlı və bacarıqlı mütəxəssislərin gəlməsidir ki, bu layihənin də ən böyük faydası elə bu olacaq”, - deyə Rusiya prezidenti nəzdində komitənin üzvü Vladimir Zorin bildirib.

Rusiyada yaşayan həmyerlilərimiz də yeni layihənin qəbulunu müsbət qarşılayır.

“Bizim millət onsuz da orta asiyalılardan fərqli olaraq rus dilini yaxşı bilir, əksəriyəti isə ali təhsillidir. Ancaq bürokratik çətinliklərə görə qeydiyyata girə bilmirdilər. Bu qanunun çıxması çox yaxşı oldu”, - deyə Rusiyada yaşayan azərbaycanlı Toğrul Allahverdili qeyd edib.

Rusiya Federal Miqratsiya Xidmətinin açıqladığı rəqəmlərə görə keçən il 11 milyon 900 min olan ümumi miqrant sayı, bu il 1 milyon azalaraq 10 milyon 900 minə düşüb.

Miqrantların 35 faizinin yaşamaqda olduğu Moksvadan isə bu il 40 min əcnəbi deportasiya edilib./ans/
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi