Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Əfqanıstan prezidentinin köməkçisinə silahlı hücum

Əfqanıstan prezidentinin köməkçisi Raşid Dostumun olduğu avtomobil karvanına Taliban silahlıları hücum edib.

Özbək əsilli generalın mühafizəçiləri ilə baş verən qarşıdurmada Talibanın 8 döyüşçüsü öldürülüb.

Xeyli sayda Taliban üzvünün sağ ələ keçirildiyi bildirilir. Rəşid Dostumun özü isə zərər çəkməyib.

Qeyd edək ki, özbək general 2014-ci ildə prezident seçkisində Əşrəf Qənini dəstəkləyib. Qəninin prezident seçilməsindən sonra onun birinci köməkçisi olub.
653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü
22.09.17, 22:57