Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Gənc oğlanın polis şöbəsində ölməsi Mingəçeviri ayağa qaldırdı

Mingəçevir polisində gənc oğlanın  ölümü əhalini ayağa qaldırıb.

Mingəçevir şəhərinin Mingəçevir kəndi kimi tanınan ərazisinin sakini Hacıyev Bəhruz Dilsuz oğlunun Şəhər  Polis Şöbəsində ölməsi xəbəri sakinlərin narazılığına səbəb olub. 

Sakinlərin və mərhumun yaxınlarının dediyinə görə, Hacıyev Bəhruz narkotik istifadəçisi kimi polislər tərəfindən saxlanılıb. Bundan sonra ondan bir xəbər gəlməyib. Valideynlərin təkidindən sonra Polis Şöbəsindən  məlumat verilib ki,  Hacıyev Bəhruz özünü Polis Şöbəsinin inzibati binasının 3-cü mərtəbəsindən yerə ataraq intihar edib. Bundan sonra Mingəçevir kəndinin sakinləri intihar xəbərinə inanmayaraq, morqa gediblər. Meyitin hələ ki yarılmayacağını deyən məhkəmə tibb ekspertiza əməkdaşlarının yanına keçdikdə meyitin yarılıb və artıq tikildiyini görüblər. Bundan sonra, həvəskar çəkiliş vasitəsilə cəsəd  lentə alınıb. 

Mərhumun  yaxınlarının dediyinə görə, onun  əsasən baş və kürək nahiyələrindən  qaraltılar üzə çıxıb çıxıb. Bundan  sonra  camaat Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısına yığılaraq şöbə rəisi Ələsgər Bədəlovdan hesabat istəyiblər. Onları sakitləşdirmək üçün camaatın  qarşısına  çıxan rəisə qarşı ittihamlar səsləndirilib. 

Polis bildirir  ki, narkotik ittihamı ilə saxlanılan Mingəçevir sakini Bəhruz Hacıyev şöbədə özünü yerə atıb.

Lakin mərhumun yaxınları bu haqda deyilənlərin yalan olduğunu,  Hacıyev Bəhruzun  işgəncə ilə qətlə yetirildiyini bildirirlər və bundan sonra onun cəsədinin yerə atıldığını vurğulayırlar.  

Qeyd edək ki, Bəhruz Hacıyev saxlanılarkən tək olmayıb, onun yaxın yoldaşları da tutulublar. Hazırda onların ifadələri alınır. 

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan şəxsin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb. “İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” deyə E. Zahidov qeyd edib.

Gənc oğlanın polis şöbəsində ölməsi Mingəçeviri ayağa qaldırdı - Mərhumun cəsədinin şok Video görüntüləri (18+)




1231 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber