Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Bakıya yenə erməni komandası gəlir

Bakıda keçiriləcək şahmat turnirində ermənilər də çıxış edəcəklər

Sentyabrın 10-da Bakıda keçiriləcək Şahmat üzrə Kubokun püşkatması keçirilib.

Püşkatmaya görə ilk raundda Şəhriyar Məmmədyarov İranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi erməni əsilli Samuel Sevyanla, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakovla, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobovla və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.

Ermənistanı bu yarışmada Levon Aronyan, Qabriel Sarqsyan, Qrant Melkumyan və Samvel Ter-Saakyan təmsil edəcəklər. Varujan Akopyan və Samuel Sevyan isə ABŞ bayrağı altında çıxış edəcəklər.

Varujan Akopyanın rəqibi çexiyalı Viktor Laziçka olacaq. Samuel Sevyan isə Teymur Rəcəbovla qarşılaşacaq./ans/
644 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10