Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

PKK-dən “Əl-Qaidə” taktikası: bomba yüklü maşınlar

PKK terrorçuları son günlərdə yük maşınları və TIR kimi nəqliyyat vasitələrinə partlayışı maddələr yerləşdirərək hücumlar həyata keçirməyə başlayıb.

Son iki gün ərzində üç dəfə analoji hadisə baş verib.

Təhlükəsizlik mütəxəssisləri bu taktikanın “Əl-Qaidə” tərəfindən İraqda ABŞ ordusuna qarşı tətbiq olunduğunu bildirir. “Əl-Qaidə” İraqda ABŞ ordusunun strateji obyektlərinə bomba yüklü yük maşınları ilə hücumlar təşkil edərək qarşı tərəfə böyük itkilər vermişdi. PKK-nın son günlərdəki hücumları da “Əl-Qaidə”nin taktikasını xatırladır.

Türkiyədəki sonuncu bu cür hadisə Ağrı vilayətinin Doğubayazıt mahalında baş verib. PKK terrorçuları İğdıra gedən və 16 ton LNG (mayeləşdirilmiş təbii qaz) aparan TIR-ı saxlayaraq sürücünü onu polis bölməsinə sürməyə məcbur edib. Sürücü polis bölməsinə 300 metr qalmış tankerdən tullanıb və qaçaraq polis bölməsinə PKK-nın niyyəti barədə məlumat verib. PKK silahlıları maşını partlatsalar da, polis bölməsinə ciddi ziyan dəyməyib.

İğdır valisi Mevlüt Özmen bildirib ki, maşın bölmədə partlasaydı, təsiri atom bombası qədər güclü olardı.
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 07:48