Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Gənc oğlanın ölümü Mingəçeviri ayağa qaldırdı

Mingəçevir şəhər Polis Şöbəsində Hacıyev Bəhruz Dilsuz oğlunun ölümündən sonra şəhərdə iğtişaşlar geydə alınıb.

Mərhumun dəfnindən sonra etirazçılarla polis arasında yaranmış qarşıdurmada polis güc tətbiq edib. 

Polis əvvəlcə etirazçılardan yolu boşaltmağı tələb edib. Aksiyaçılar yolu boşaltmayıb. Bundan sonra polis dəyənəklərlə qalxanlara vura-vura aksiyaçılara yaxınlaşıb. Etirazçıları dağıtmağa, döyməyə, tutmağa başlayıb.

Polis mağazaların qarşısında dayanmış adamlardan içəri keçməyi tələb edib.

Çevik Polis Alayının polisləri isə səs bombası, gözyaşardıcı qazdan istifadə edib.

Mərhumun yaxınları bildirib ki, Bəhruz Hacıyevin ölümünə görə yerli polis idarəsinin rəisi Ələsgər Bədəlov məsuliyyət daşıyır, o cəzalanmalıdır.

Aksiyaçılar etirazların davam edəcəyini bildirir./virtualaz/



İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib. Xeyli sayda aksiyaçı həbs olunub.

Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.

Polis idarəsinin qarşısına yürüş edənlər "Qardaşımızın qanı yerdə qalmayacaq", "Qanını yerdə qoymayacağıq" şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib.

Son məlumata görə, 15-dən artıq aksiyaçı həbs edilib. Amma aksiya iştirakçılarının sayı artmaqda davam edir. 

Baş verənlərlə bağlı DİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki yaxın zamanda nazirlik bununla rəsmi məlumat yayacaq.
729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...