Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

Mingəçevir Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb

Mingəçevir Şəhər Polis Şöbəsində ölən 1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin qohumları şəhər prokurorluğunun müstəntiqi Rəşadət Orucovu döyüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə B.Hacıyevin meyitimorqda olarkən elə morqun qarşısında baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb. Xatırladaq ki, mərhumun qohumları Bəhruz Hacıyevin polis şöbəsində dindirilmə zamanı döyüldüyünü və nəticədə öldüyünü iddia edir. Daxili İşlər Nazirliyiisə B.Hacıyevin dindirilmə zamanı özünü pəncərədən ataraq intihar etdiyini bəyan edib.
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber