Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

"Torpaqlarımız 20 il də işğal altında qala bilər”

“Bu cür danışıqlarla Azərbaycanın əraziləri 20 il də işğal altında qala bilər”

Dekabrın 4-ü Kiyevdə ermənistanlı həmkarı ilə görüşən xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında deyib ki, konkret məsələlər müzakirə olunub: “Kazanda keçirilmiş görüşdən (prezidentlər Əliyev və Sərkisyanın 2011-ci ilin iyun ayında keçirdiyi görüş) sonra konkret məsələlər müzakirə olunmamışdı. Kiyev görüşündə isə biz konkret məsələlərə toxunduq. Hər hansı bir razılığa gəldiyimizi deyə bilmərəm. Çünki Azərbaycan və Ermənistanın mövqeləri fərqlidir. Lakin biz müzakirələri davam etdirəcəyik”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar hansısa müsbət nəticəyə gətirib çıxara bilərmi? “Media forum” saytının bu sualını cavablandıran Azad Qarabağ Uğrunda Alyansın üzvü Rövşən Əhmədli deyib ki, işğalçı Ermənistan dövlətinin Qarabağ məsələsində mövqeyi dəyişilməz qalır: “Ermənistanı müdafiə edən beynəlxalq güclərin də bu regiondakı maraqları dəyişməyib. Nə qədər ki, bu maraqlar dəyişilməz olaraq qalacaq, Qarabağ danışıqları yalnız imitasiya xarakteri daşıyacaq və bundan Azərbaycana xeyir gələsi deyil. Bununla beynəlxalq təşkilatların regiondakı müəyyən layihələrini həyata keçiririk. Bu cür danışıqlarla Azərbaycanın əraziləri bundan sonra hələ 20 il də işğal altında qala bilər.

Azərbaycan prinsipial mövqe qoymalıdır ortalığa. Danışığın dəqiq müddəti müəyyən olunmalıdır. Ondan sonra bütün beynəlxalq hüquq normalarına, Azərbaycan Konstitusiyasına müvafiq olaraq öz ərazilərini separatçı, işğalçı qüvvələrdən azad etməlidir. Bu, Azərbaycanın haqqıdır və bu prosesə müdaxilə etməyə heç kimin haqqı yoxdur.

Xalqın iradəsi ortalığa qoyulmadır. Biz sülh danışıqlarına yetərincə vaxt ayırmışıq və bundan sonra bu danışıqların davam etdirilməsi məsələnin ədalətli həllinə xidmət eləmir”.
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...