Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2015

İran bütün təzyiqlərə rəğmən bizi heç bir zaman tərk etmədi

Türkiyə bizdən Müsəlman Qardaşlarını iqtidara gətirməyimizi istəyirdi.

Bunu Misirin “Əl Əxbar” qəzetinə müsahibəsində Suriyanın Xarici İşlər naziri Valid Muallim söyləyib. Onun sözlərinə görə, Dəməşq Davudoğlunun bu təklifini rədd etdikdən sonra Ankara Suriyadan intiqam almağa başladı.

Muallim həmçinin Suriya müxalifətinin lideri Halid Hocanın Rusiya ziyarətindən xəbərdar olduğunu bildirib:

“ABŞ Dövlət katibi Con Kerri Lozannada Əsədin hakimiyyətdən getməli olduğunu söylədi. Mən isə ona “sənin Suriya xalqını görməzlikdən gəlməyə ixtiyarın yoxdur” dedim. Biz Con Kerrinin dediklərindən qorxmamışıqsa, Hoca kimi adamların dediyindənmi qorxacağıq? ABŞ və Rusiya arasında olan yaxınlaşma yalnız Suriyanın xeyrinə olacaq. İran hər zaman bizim yanımızda dayandı. İran bütün təzyiqlərə rəğmən bizi heç bir zaman tərk etmədi. Dəməşq hazırda terrorçulara yardım edən ərəb ölkələri ilə qarşı-qarşıyadır. Hizbullah bizim yanımızda ölkəni müdafiə edir”./axar/
724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24
"Başa düşmürlə