Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Tehranın küçələrindən birinə Nelson Mandelanın adı verilib

İranda paytaxt küçələrindən birinə Nelson Mandelanın adı verilib
Tehranın əsas küçələrindən birinə Nelson Mandelanın adı verilib.

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Tehran Bələdiyyə Şurasının sədri Əhməd Məscid-Camei bildirib.

CAR-ın mərhum prezidenti N.Mandelanın həyatı boyu irqi ayrıseçkilik, müstəmləkəçilik yolunda apardığı mübarizəyə toxunan Şura sədri onun xatirəsinin İranda da anılacağını deyib. Belə ki, paytaxtın əsas küçələrindən biri N.Mandelanın adını daşıyacaq.

Bildirək ki, İran prezidenti Həsən Ruhani N.Mandelanın vəfat etməsi ilə əlaqədar CAR xalqına başsağlığı verib.
1732 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber