Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2015

Mingəçevirdəki hadisənin yeni təfərrüatları

Avqustun 20-də Mingəçevir polis idarəsində ölən 27 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra şəhərdə yaşanan gərginlik səngiyib.

Gecə saatlarında şəhərin küçələrində Post Patrul Xidmətinin əməkdaşları növbə çəkir.
Şəhərdə avqustun 22-də olan gərginlik müşahidə olunmur. 

B.Hacıyevin yaxınları onun polis tərəfindən işgəncə verilərək öldürüldüyünü iddia edir. Daxili İşlər nazirliyinin yaydığı rəsmi məlumatda isə B.Hacıyevin narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildiyi, xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən aşağı atdığı deyilir.



B.Hacıyev avqustun 22-də dəfn mərasimində iştirak edən bir qrup şəxs şəhər meydanına gələrək etiraz aksiyası keçirmişdilər. Bu zaman polislə etirazçı kütlə arasında qarşıdurma yaranmışdı. 

Qarşıdurma zamanı tərəflər arasında yaralananlar olmuşdu. Rəsmi məlumata görə polis 21 aksiya iştirakçısını saxlayıb. Lakin hadisə şahidlərindən əldə etdiyimiz məlumata görə, saxlanılanların sayı qeyd ediləndən çoxdur.

Toqquşma zamaı polis əməkdaşlarından da yaralananlar olub, 1 polis maşını yararsız hala salınıb. 

B.Hacıyevin yaxınlarının verdiyi məlumata görə, mərhumun bədənində “dubinka” və elektroşok izləri olub. B.Hacıyev əsas xəsarəti elektroşok zamanı alıb. Onun qaraciyərinin ciddi zərər gördüyü və bu səbəbdən də öldüyü deyilir. 

Əldə etdiyimiz digər məlumat isə B.Hacıyevin necə saxlanılması ilə bağlıdır. B.Hacıyev polis işləyən sinif yoldaşı ilə şəhər meydanında görüşərkən onlara bir avtomobil yaxınlaşıb. Hadisə şahidlərinin dediyinə görə, avtomobildə hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Onlar B.Hacıyevin maşına oturmasını istəyiblər. B.Hacıyev elə öz sinif yoldaşı tərəfindən qolu burularaq maşına mindirilib. Bu zaman B.Hacıyevin yanında başqa dostu da olub.

Onların hər ikisini birlikdə polis idarəsinə gətiriblər. Lakin Mingəçevirdə iğtişaşlar başlayan gün B.Hacıyevin dostu sərbəst buraxılıb.

Başqa ilginc məlumat isə B.Hacıyevin intihar etməsi iddiası ilə bağlıdır. Mərhumun valideynləri onun intihar etmədiyini, öldürüldükdən sonra binadan atıldığını deyərək, günahkarların cəzalandırılmasını tələb edirlər.


B.Hacıyevin yaxınlarına onun polis bölməsinə normal şəkildə gətirilməsini əks etdirən görüntülər göstərilib. Lakin onun intihar etməsi, özünü pəncərdən atmasını əks etdirən heç bir görüntü yoxdur. Mərhumun yaxınları B.Haceyevin intihar etdiyi deyilən yerin kamerlar tərəfindən müşahidə olunduğunu, amma bunu əks etdirən görüntünün olmamasından narazıdır.




Fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Müəyyən edilib ki, Mingəçevir Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsinin  ağır nəticəyə səbəb olub.

Daxili təhqiqatın yekununa əsasən, daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub./musavat/
1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32
AİP Mövsüm Səmə