Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2015

Kim Çen In atom silahından istifadə edə bilərdi

Koreya Xalq Demokratik Respublikası ilə Cənubi Koreya münaqişənin həlli ilə bağlı başlanmış danışıqları bərpa edib.

Avqustun 20-də qarşılıqlı silahlı atışmadan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Koreya lideri Kim Çen In hətta cənub qonşusunu total müharibə ilə hədələmişdi. Dünya ictimaiyyəti yeni gərginləşməni narahatlıqla izləyirdi. İki ölkə arasında müharibə zamanı Kim Çen In atom silahından istifadə edə bilərdi. Çünki o, dəfələrlə bu cür hədələrdən istifadə etmişdi.

Danışıqlar hələ də davam edir və bağlı qapılar arxasında keçirilir. Kütləvi informasiya vasitələri üçün, demək olar ki, heç bir açıqlama verilmir.

Mütəxəssislərin fikrincə, tərəflər razılığa gələ bilməyəcəklər. Çünki müzakirə edilən mövzular hər iki tərəf üçün prinsipialdır və heç bir tərəf güzəştə getmək istəməyəcək.
668 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber