Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2015

Bakının mərkəzində yeniyetmələrə qarşı cinayət

Bakı şəhər sakini övladının Fəvvarələr Meydanında tanımadığı şəxslərin soyğunçuluğuna məruz qalması barədə polisə müraciət edib.

1974-cü il təvəllüdlü Hüseynov Əjdər Həsənağa oğlu bildirib ki, N.Rəfibəyli küçəsi 25 ünvanının qarşısında (Fəvvarələr Meydanı) 2 nəfər naməlum şəxs onun oğlu, 16 yaşlı Kamranın “Stels” markalı velosipedini zorla əlindən alıb. Şikayətçi velosipedin qiymətinin təxminən 900 manat olduğunu da əlavə edib.

Oxşar məzmunlu şikayətlə 55 yaşlı Paşa İsmayılov da polisə müraciət edib. Şikayətçi qeyd edib ki, nəvəsi, 15 yaşlı Paşa İsmayılov Fəvvarələr meydanında tanımadığı şəxslərin zorakılığına məruz qalıb və həmin şəxslər yeniyetmənin “Merida” markalı velosipedini əlindən alıb.

Həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ələt sakini, 1997-ci il təvəllüdlü Həsənov Etibar Elçin oğlu müəyyən edilərək saxlanılıb. Onunla birgə soyğunçuluqda şübhəli bilinən İlqar adlı gəncin isə şəxsiyyəti müəyyənləşdirilib./ans/
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber