Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

Türkiyədə təhdid edilən polis öldürüldü

PKK tərəfindən təhdid edilən polis silahlı hücum nəticəsində öldürülüb.

Hadisə Türkiyənin Mardin şəhərinin Nusaybin qəsəbəsində baş verib.

Həftə sonu istirahətini ailəsi ilə keçirmək üçün evlərinə gələn 20 yaşlı polis işçısı Yaqub Mete naməlum şəxslərin hücumuna məruz qalıb.

Hadisə onun evinin qarşısında baş verib. Hücumdan sonra silahlılar hadisə yerindən qaçıblar. Silah səslərini eşidib, çölə çıxan qonşular, polisin yerdə yaralı olduğunu görüb dərhal onu xəsdəxanaya çatdırıblar.

Yaqub Mete əvvəlcə qəsəbə xəstəxanasına yerləşdirilsə də vəziyyətı ağır olduğundan Mardin dövət xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, polis aldığı güllə yaralarından dünyasını dəyişib.
617 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP