Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

Miqrantlara qarşı etiraz aksiyası

Cənubi avropa ölkələrinə qeyri-leqal miqrantalarin axını davam edir. Eyni problem Almaniyada da gərginliyi artırır.

Almaniya hökumətinin qəbul etdiyi qərar etirazlara səbəb olub. Haydenau şəhərində keçmiş fabrik ərazisində qurulan düşərgədə 600-ə yaxın miqrantın yerləşdirilməsi almanlar arasında hiddətlə qarşılanıb.

Xüsusilə də Drezden şəhəri yaxınlığında miqrantlarla bağlı gərginlik yaşanıb. Bir qrup ultra-sağçı qruplaşma nümayəndəsi miqrantların Haydenau şəhərində düşərgələrə yerləşdirilməsinə etiraz ediblər. Bu zaman polislə etirazçılar arasında toqquşma baş verib.

Qarşıdurma zamanı iki polis əməkdaşı xəsarət alıb.

Bu hadisədən sonra 100-yə yaxın anti-sağçılar aksiya keçirərək miqrantlara öz dəstəyini ifadə edib.

Almaniyada miqrantlarla bağlı ixtişaşlar yarandığı bir vaxtda, İtaliyada bu məsələyə münasibət bir qədər fərqlidir.

Son sutka ərzində İtaliyanın sahil-mühafizə xidməti 3 minədək şimali afrikalı miqrantı xilas edərək düşərgələrdə yerləşdirib.

Miqrantlar arasnıda itkin düşənlərin də olduğu hesab edilir.

Ümumilikdə isə bu ilin əvvəlindən etibarən Avropaya keçməyə cəhd göstərən miqrantranı sayı 100 min nəfəri ötüb.

Təkcə 2014-cü ildə İtaliya 170 min miqrantı qəbul etmişdi.
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50