Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

İran Londonda iki bank açır

İran yaxın gələcəkdə Londanda iki bank açmağa hazırlaşır.

Bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliyullah Seyf  Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hammondla görüşündə bildirib. Onun sözlərinə görə, Londonda “Bank Melli İran” və “Persian İnternational Bank”ın filiallarının açılması nəzərdə tutulur.

Tərəflər görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçiriblər. Seyfin sözlərinə görə, bank sahəsində əməkdaşlığı, o cümlədən ticari münasibətləri və İrana xarici investisiya qoyuluşunu İngiltərənin baş diplomatı ilə müzakirə ediblər.

Xatırladaq ki, dünən İranda Böyük Britaniyanın səfirliyi fəaliyyətə başlayıb.
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber