Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

İdmanın zehni sağlamlıqda rolu

İdman məşqləri zehni problemləri olan insanlara müsbət təsir göstərir.
Tədqiqatlar sübut edib ki, ağlını itirmə problemi olanlar belə idmanla məşğul olduqda sağlam düşüncəyə və həyat tərzinə malik olurlar.
Məlumata görə sağlamlıq sahəsində müstəqil tədqiqatlar aparan "The Cochrane Collaboration" təşkilatı 300-dən çox adamı tədqiqatlara cəlb edib.
Onların sistemli bir şəkildə evdə və ya ev xaricindəki mərkəzlərdə məşq etmələri təmin edilib. Nəticədə iştirakçıların psixoloji halının yaxşı olduğu, edilən məşqlərlə düşünmə qabiliyyətinin artdığı müşahidə olunub. İdman həmçinin həyat keyfiyyətinə də yaxşı təsir göstərib. Tədqiqatı icra edənlərdən Dorothy Forbes, mövzu ilə əlaqədar bildirib ki, idman təlimatlarına fikir vermək lazımdır. Forbes ağlını itirmə problemi yaşayanların proqramlı olaraq məşq etməsinin vacibliyindən danışıb.
1875 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber