Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

Bəlkə talon sisteminə keçəsiniz?

AXCP sədri Əli Kərimli son günlər yaranan dollar ajiotajından yazıb. Əli Kərimlinin Facebook səhifəsindən paylaşdığı yazını təqdim edirik:

"Deməli, xalqımız eşidən kimi ki, neftin qiyməti düşür, hücum çəkib valyutadəyişmə məntəqələrinə dollar almağa. İkicə günə 370 milyon dollar alıblar. Hökumət görüb ki, bu gedişlə bütün rezervləri bircə aya tükənəcək. Qorxub, valyuta satışını dayandırıb. Həm də bilirlər ki, belə məqamlarda öz ətraflarındakı oliqarxlar daha çox həyəcan yaradıb, daha çox qazanırlar. Xalqda o qədər pul hardadır ki, milyardlarla dollar alsınlar? Guya bunlar tədbirlidir axı, göstəriş veriblər ki, ancaq şəxsiyyət vəziqəsilə dollar satılsın. İndi bu ağılla bunlar guya oliqarxların dollar almasına mane olacaqlar. Ay “ağıllılar”, elə bugünlərdə “bandotdel”də qonaq etdiyiniz bir oliqarx Beynəlxalq Bankdan milyonlarla manat krediti min nəfər işçisinin şəxsiyyət vəsiqəsi ilə almamışdı?

Heç rast gəlmisiniz ki, hansısa oliqarx valyutadəyişmə məntəqəsinə və ya banka gedib dollar alsın? Valyuta satışını dayandırmaqla manatın belini qırdığınızı başa düşmürsünüz? Bankları nə qədər bağlı saxlayacaqsınız? Banklar açılan kimi dünənə qədər dollar yadına düşməyənlər də dollar almağa qaçmayacaq? Sovetin taleyi sizə dərs olmadı? Bəlkə talon sisteminə keçəsiniz? Bazar iqtisadiyyatını belə idarə etməkmi olar? Ölkədə real islahatlara başlamaq əvəzinə valyuta satışını inzibati qaydada dayandırmaqla ancaq divar qurtarana qədər gedərsiniz"./azadlıq/
559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber