Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Dekabr 2013

Nəhayət görüş baş verdi

Dünən Azərbaycan İslam Partiyasının rəhbərləri Hacı Elçin Manafov, Hacı İnqilab Əhədli və “Vətən” blokunun İcra Aparatının katibi Mayis Güləliyev AİP sədri Hacı Mövsüm Səmədovla Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində görüşüblər.
Görüş iki saata yaxın davam edib. Görüş barədə İslaminsesi.az -a məlumat verən AİP sədr əvəzi Hacı Elçin Manafov bunları bildirib:
- Bundan əvvəl Hacı Mövsüm Səmədovla görüşə göstərilən bütün cəhdlərə baxmayaraq iki aya yaxın müddət ərzində buna nail olmaq mümkün olmayıb.
Müxtəlif bəhanələrlə görüş hər dəfə təxirə salınır və maneçiliklər törədilib.
«Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətin rəhbərliyinə olunan müraciətlər nəhayət ki, öz nəticəsini verdi və AİP sədri Hacı Mövsüm Səmədovla görüşə bildik. Görüş üçün vaxt məhdudiyyəti qoyulduğu üçün danışıqlar cəmi iki saata yaxın davam etdi. Lakin bu müddət ərzində bir sıra məqamlara aydınlıq gətirilib.
Hər şeydən öncə deyim ki, hacı Mövsümün səhhətində hazırda heç bir problem yoxdur. O, özünü yaxşı hiss edir. Ruhiyyəsi əvvəlki tək yüksəkdir. O, siyasi mübarizəsində davamlı olanların, əqidəli insanların, vətənpərvərlərin, milli təəssübkeşlərin, torpaq, dövlət və dinimiz uğrunda canından keçməyi bacaranların şücaətinə inandığı üçün xalqımızın gələcəyinə nikbinliklə baxır.
AİP sədrinə partiyamızın bu günkü fəaliyyəti, xüsusən prezident seçkilərində həyata keçirilən tədbirlər, AİP-in seçicilərlə «Vətən» bloku tərkibində görüşləri və bu görüşlərin əhəmiyyəti haqqında məlumat verildi.

Bəzi informasiya vasitələrinin AİP sədri M. Səmədovun prezident seçkilərini boykot etdiyi halda partiyanın seçkilərdə fəal iştirakı barədə fərqli yanaşmalarına da bir daha aydınlıq gətirildi.

Qeyd etdiyimiz kimi prezident seçkilərinə bu cür yanaşma və mövqe əlbəttə, əvvəlcədən razılaşdırılmış kimi oldu. Hacının həbsxana şəraitində təkçə yalnız seçkiləri deyil, indiki hakimiyyətin keçirdiyi seçki kampaniyasını qəbul etməməsi, həm də fərdi qaydada bu məsələyə belə yanaşması partiyanın bütün üzvləri və Baş Məclisii tərəfindən də qəbul olunmuş və ən optimal variant kimi etiraf edilmişdi. Buna baxmayaraq, Hacı Mövsüm Səmədov da partiyanın Baş Məclisinin prezident seçkilərində və “Vətən” bloku tərkibində fəal iştirakı haqqında qərarını təqdir etdiyini, hətta bu zaman baş verən əhəmiyyətli və partiya üçün mühüm olan məqamları qeyd etdi.
Görüşdə iştirak edən “Vətən” blokunun icra aparatının katibi Mayis Güləliyev də AİP sədrinə blokun gələcək plan və perspektivləri, qurumun qarşıya qoyduğu vəzifələr barədə məlumatlar çatdırdı. Eyni zamanda M. Səmədova “Vətən” blokunun yaranma məqsədi, formatı və partiyaların eyni zamanda müstəqilliyi ilə yanaşı blokdan çıxa bilmək barədə sərbəstliyini təmin edən şərtlər, partiyaların hüquq və vəzifələri haqqında da açıqlamalar verildi.
Müzakirələr zamanı Hacı Mövsüm Səmədov istər partiyanın son fəaliyyəti ilə bağlı işlərdən, istərsə də Yaşıllar partiyasının sabiq həmsədri, hazırda “Vətən” blokunun icra aparatının katibi Mayis Güləliyevin və Ədalət partiyasının sədri İlyas İsmayılovun siyasi fəaliyyəti barədə razılığını bildirdi.
Hacı Mövsüm onların şəxsiyyətinə böyük hörmətlə yanaşdığını bildirdi. O, AİP-in “Vətən” blokunda fəaliyyətinin bütün konturlarının və AİP strategiyasının bu birliyin formatı daxilində davamlı şəkildə həyata keçirilməsinin taktiki gedişlərinin müəyyənləşdirilməsi üçün daha geniş müzakirələrə zəruri ehtiyacın olduğunu qeyd edərək hər kəsə uğurlar dilədi və bütün qardaşlara, o cümlədən Ədalət partiyasının sədri İlyas İsmayılova səmimi salamlarını yetirməyi xahiş etdi./İslaminsesi.az/
1899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber