Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

Azərbaycanda dost dostu qanına boyadıbb

Sabirabadda qətl törədilib. Hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Qalağayın kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 1982-ci il təvəllüdlü Xəqani Miriyev aralarında yaranan şəxsi münasibətlər zəminində həmkəndlisi 1982-ci il təvəllüdlü Ənvər Bəxtiyar oğlu Abdullayevə bıçaqla xəsarət yetirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Sakinlər həmçinin Xəqani Miriyev və Ənvər Abdullayevin sinif yoldaşı və dost olduğunu, onların arasında hadisədən iki gün əvvəl həmkəndlilərinin toy məcisində mübahisə yarandığını, mübahisəni sona çatdırmaq üçün yenidən görüşərək bu yola əl atdıqlarını bildirdilər.

Hər iki şəxsin iki azyaşlı övladı var.

Hadisədən sonra X.Miriyev könüllü olaraq Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub./ans/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16,